Bank Of Baku

Azərbaycan və İndoneziya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilməsi planlaşdırılır

Azərbaycan və İndoneziya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilməsi planlaşdırılır
# 15 yanvar 2008 09:44 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycan və İndoneziya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev məlumat verib. O bildirib ki, Bakıda keçiriləcək məsləhətləşmələr zamanı əməkdaşlıq üçün münbit sahələr müəyyənləşdiriləcək. Bundan başqa, tərəflər arasında əsasən iqtisadi və humanitar sahələrdə ikitərəfli sənədlərin imzalanması da nəzərdə tutulur. Səfir bir neçə İndoneziya şirkətinin ölkədə fəaliyyətini dayandırmış neft və neft-kimya müəssisələrinin fəaliyyətini bərpa etmək istədiklərini söyləyib. Bu şirkətlərin nümayəndələri Azərbaycanda olublar və İqtisadi İnkişaf Nazirliyində, Ticarət-Sənaye Palatasında görüşlər keçiriblər. İ. Hacıyev bu il hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsinin planlaşdırıldığını da əlavə edib. O, belə bir təkliflə müraciət etdiklərini və cavab gözlədiklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR