Bank Of Baku

Fuad Muxtarov: “Etibar Məmmədovun yenidən AMİP sədrliyinə qayıtması mümkün deyil”

Fuad Muxtarov: “Etibar Məmmədovun yenidən AMİP sədrliyinə qayıtması mümkün deyil”
# 15 yanvar 2008 10:00 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının (SŞ) iclasını keçirmək mümkün deyil. Partiya sədrinin səlahiyyətlərini icra edən baş katib Fuad Muxtarov APA-ya bildirib ki, hava şəraiti ilə əlaqədar, həmçinin SŞ üzvlərinin bir hissəsinin Azərbaycanda olmaması səbəbindən toplantı baş tutmur: “Biz bir dəfə bir araya gəldik, müəyyən müzakirələr apardıq, amma kvorum olmadığı üçün hansısa qərar vermək mümkün olmadı. Buna görə də iclas yanvarın axırına saxlanılıb”. F. Muxtarov deyib ki, partiyanın Nizamnaməsinə görə, sədrin istefasına SŞ-da baxılmalı, SŞ Mərkəzi Şuranın (MŞ) iclasını çağırmalı, MŞ isə öz növbəsində qurultayın vaxtını müəyyən etməlidir. MŞ-nin qərarından sonra qurultay 45 gün müddətində keçirilməlidir. O, partiya lideri Etibar Məmmədovun yenidən AMİP sədrliyinə qayıtmasının mümkün olmadığını bildirib: “Etibar Məmmədovun sədrliyə qayıtması gündəmdə deyil və heç zaman da olmayacaq. Artıq sədrliyə bəzi iddialılar var və onların sayının artacağı ehtimal olunur. Sadəcə, lazımi prosedurlar keçmədiyinə görə onlar iddialarını açıq ortaya qoymurlar. Hələlik yalnız Goranboy rayon təşkilatının sədri bu fikrini açıqlayıb. Mən isə bu sırada hələlik yoxam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR