Bank Of Baku

Ermənistan üçüncü ölkə vasitəsilə Azərbaycanda etnik münaqişə yaratmaq istiqamətində yenidən fəallaşıb

Ermənistan üçüncü ölkə vasitəsilə Azərbaycanda etnik münaqişə yaratmaq istiqamətində yenidən fəallaşıb
# 15 yanvar 2008 10:07 (UTC +04:00)
APA-nın məlumatına görə, Ermənistan xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan “Mitk”, “De fakto” və digər informasiya agentliklərinin saytlarında ötən ilin sonlarından etibarən Azərbaycanda guya Dağıstan mənşəli xalqların hüquqlarının pozulması barədə əsassız materialların yerləşdirilməsinə başlanılıb. Məlum olduğu kimi, bu səpkili yazılar bu qayda olaraq Dağıstan ərazisində fəaliyyət göstərən və ekstremist mövqeyi heç kimdə şübhə doğurmayan İmam Şamil adına Avar Xalq Cəbhəsi, həmçinin bu təşkilatın sədr müavini, onu tanıyan şəxslərin “Rusların adamı” kimi təqdim etdiyi Hüseyn Maqomedov tərəfindən verilir. Bu baxımdan ermənilərin Azərbaycana qarşı informasiya müharibəsində İmam Şamil adına Avar Xalq Cəbhəsindən istifadə etməsi burada Rusiyanın müəyyən dairələrinin maraqlı olduğunu nümayiş etdirir. Məlumatlara görə, Qafqazda milli azadlıq hərəkatının yenicə vüsət alması dövründə yaradılan bu təşkilat Dağıstanda etnik narazılıq mühitinin formalaşdırılması məqsədilə təşkil edilib. Təşkilatın rəhbəri Rusiya Dumasının sabiq deputatı, “Dağneft” ASC-nin baş direktoru Hacı Maxaçevdir. Ötən il dekabrın sonlarında Dağıstan prezidentinin sərəncamı ilə H. Maxaçev Dağıstan Respublikasının Rusiya prezidenti yanında daimi nümayəndəsi təyin edilib. Ermənistanla sıx işbirliyində olan H. Maxaçevin Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülmüş Dağıstan mənşəli Azərbaycan vətəndaşlarının, o cümlədən çeçen tərəfinin əsir götürdüyü rusların azad edilməsində iştirak etdiyi bildirilir. Şamil Basayev və Xəttabın dəstələri 1999-cu ildə Dağıstana soxularkən H. Maxaçev Rusiya Müdafiə Nazirliyinin dəstəyi ilə könüllülərdən ibarət silahlı dəstə yaradaraq mücahidlərə qarşı mübarizədə iştirak edib, əslində bununla da qeyri-qanuni silahlı dəstəsini leqallaşdırmağa nail olub. Bu şəxs siyasətə də türkdilli kumık xalqına qarşı iddiaları ilə gəlib. Kumık və darginlərə mənfi münasibətdə olan bu qüvvələrə Ermənistan tərəfi mütəmadi informasiya və maliyyə dəstəyi göstərir. Bu mənada ermənilərin də onların daha sərbəst fəaliyyətinə mane olan Dağıstan hökumətinin sədri, kumık Şamil Zeynalovu vəzifədən kənarlaşdırmaqda maraqlı olduğu bildirilir. Eyni zamanda erməni tərəfinin Dağıstanın hörmətli şeyxlərindən olan və vəhhabilərə qarşı prinsipial mövqeyi ilə seçilən kumık İlyas İlyasovun da nüfuzdan salınması istiqamətində çalışdığı, bu məqsədlə onunla münasibətləri yaxşı olmayan respublikadakı bəzi avar ruhanilərinə dolayısı ilə təsir göstərdiyi bildirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR