Bank Of Baku

Həsrət Rüstəmov: “Vahid namizəd bu seçkidə də mümkün olmayacaq”

Həsrət Rüstəmov: “Vahid namizəd bu seçkidə də mümkün olmayacaq”
# 15 yanvar 2008 10:23 (UTC +04:00)
“Azərbaycan Demokrat Partiyası bundan sonra yalnız Sərdar Cəlaloğlunun namizədliyinin dəstəklənməsi ilə bağlı digər müxalifət partiyaları ilə hər hansı danışıqlar apara bilər”. Bu açıqlamanı APA-ya ADP sədrinin 1-ci müavini Həsrət Rüstəmov deyib. Onun sözlərinə görə, artıq partiya seçkiyə S. Cəlaloğlunun namizədliyi ilə getmək fikrini qətiləşdirib və bu barədə Məclisin növbəti iclasında rəsmi qərar veriləcək. H. Rüstəmov deyib ki, onlar müxalifətin seçkidə ya vahid namizəd, ya da böyük koalisiya ilə iştirakına tərəfdar olublar: “Təəssüf ki, bizim iradəmizdən asılı olmayaraq, bu istiqamətdə ciddi cəhdlər edilmədi. Hesab edirik ki, vahid namizəd bu seçkidə də mümkün olmayacaq. Bu baxımdan partiya elektoratını sınaqdan keçirmək üçün seçkilərə qatılacağıq. Digər tərəfdən, bizim namizədin potensialı digərlərindən az deyil, əksinə, bir çox parametrlərinə görə bəzilərini üstələyir. Biz əvvəl bu iddianı ortaya qoymadan müzakirələrin tərəfdarı idik. İndiki halda isə artıq öz namizədimizi müəyyənləşdirdiyimiz üçün bundan sonrakı danışıqlar yalnız Sərdar Cəlaloğlunun namizədliyinin dəstəklənməsi şərti ilə ola bilər. Amma vahid namizədlə bağlı daha perspektivli təşəbbüslər olsa, bunu da müzakirə edə bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR