Bank Of Baku

AXCP-yə qərargah alınması üçün ianə toplanmasına start verilib

AXCP-yə qərargah alınması üçün ianə toplanmasına start verilib
# 15 yanvar 2008 11:49 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargah alması üçün yerli təşkilatlar ianə toplamağa başlayıb. Partiyanın sədr müavini Həsən Kərimov APA-ya bildirib ki, ianə yığılması təklifi aşağı təşkilatlardan gəldiyi üçün pul toplanmasını da rayon təşkilatlarının rəhbərləri həyata keçirir. Hələlik nə qədər pul yığılmasından xəbərsiz olduğunu bildirən sədr müavini prosesin nə zaman yekunlaşacağı barədə də fikir bildirməyib: “Biz seçkilərə qədər qərargah almağı düşünürük. Artıq bir neçə yerdə “gözaltı” etdiyimiz ofislər var”. H. Kərimov bildirib ki, partiya üzvləri üçün konkret rəqəm müəyyənləşməyib, kimin imkanı nəyə çatırsa, o qədər yardım edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR