Bank Of Baku

Valeri Çeçelaşvili: “Dondurulmuş münaqişələr”lə bağlı qətnamə layihəsinin BMT Baş Assambleyasında dəstəklənməsi üçün fəal iş aparırıq”

Valeri Çeçelaşvili: “Dondurulmuş münaqişələr”lə bağlı qətnamə layihəsinin BMT Baş Assambleyasında dəstəklənməsi üçün fəal iş aparırıq”
# 15 yanvar 2008 12:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, V. Çeçelaşvili görüşdən sonra bildirib ki, Bakıya səfərində məqsəd Azərbaycanın GUAM-da sədrliyinin ilk yarımilinə yekun vurmaq və ikinci yarımilin planlarını hazırlamaqdır: “Bakı sammitində müəyyənləşdirilmiş prioritetlər olduğu kimi qalır təşkilatın beynəlxalq nüfuzunun artırılması, beynəlxalq ictimaiyyətin diqqətinin “dondurulmuş münaqişələr”ə cəlb olunmasına davam edilməsi və birgə iqtisadi layihələrin həyata keçirilməsi”. V. Çeçelaşvili digər dövlətlərlə əməkdaşlığın da GUAM-ın prioritetlərindən biri olduğunu söyləyib. Onun sözlərinə görə, ABŞ və Yaponiyadan sonra Polşa da GUAM-la əməkdaşlığa qoşulacaq və tezliklə Varşavada GUAM-Polşa formatında görüş keçiriləcək. Görüşdə iqtisadi və siyasi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bundan başqa, V. Çeçelaşvili münaqişələrin sülh yolu ilə həllinə dair təşəbbüslərinə Polşadan dəstək almaq istədiklərinin açıqlayıb: “Hazırda biz təqdim etdiyimiz qətnamə layihəsinin BMT Baş Assambleyasında dəstəklənməsi üçün fəal iş aparırıq”. Sənədin beynəlxalq normalar əsasında hazırlandığını vurğulayan GUAM baş katibinin fikrincə, bəzi ölkələr layihəni müdafiə etməyə bilər: “Amma çoxluğun bizi müdafiə edəcəyinə inanıram”. V. Çeçelaşvili GUAM-ın növbəti sammitinin bu ilin iyun və ya iyul ayında Gürcüstanda keçiriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR