Bank Of Baku

Həsən Kərimov: “Müsavat və ADP-nin yenidən “Azadlıq” blokunda fəaliyyət göstərməsi mümkün deyil”

Həsən Kərimov: “Müsavat və ADP-nin yenidən “Azadlıq” blokunda fəaliyyət göstərməsi mümkün deyil”
# 15 yanvar 2008 12:30 (UTC +04:00)
“Müsavat və Demokrat partiyalarının yenidən “Azadlıq” blokunda fəaliyyət göstərməsi mümkün deyil”. Bunu APA-ya açıqlamasında bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov deyib. Sözügedən partiyaların yenidən bloka qayıdacağı ilə bağlı son günlər səslənən ehtimalların doğru olmadığını söyləyən sədr müavini bunu blokla ADP və Müsavat arasında olan fikir ayrılıqları ilə izah edib: “2005-ci il parlament seçkisindən sonra razılıq əldə olunmuşdu ki, blokda olan partiyalar parlamentin işinə qatılmasın, amma Müsavat bu qərarın əleyhinə getdi. Həmçinin “Azadlıq” bloku bəyan edib ki, seçki komissiyaları paritet əsaslarla formalaşmayacağı halda bu il keçiriləcək prezident seçkisində iştirak etməyəcək. Müsavat isə artıq seçkilərdə iştirak qərarı verib. İnanmıram ki, bundan sonra onlar bu qərarlarında dəyişiklik etsinlər. Amma belə bir addım atsalar, biz birgə fəaliyyət göstərə bilərik. ADP də artıq seçkilərdə iştirak edəcəyini bildirdiyindən biz bu partiyanın da blokda fəaliyyətini mümkün saymırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR