Bank Of Baku

Azərbaycanın XİN başçısı uzadılmış münaqişələrlə bağlı qətnamənin BMT-də dəstək qazanacağına əminlik ifadə edib

Azərbaycanın XİN başçısı uzadılmış münaqişələrlə bağlı qətnamənin BMT-də dəstək qazanacağına əminlik ifadə edib
# 15 yanvar 2008 12:36 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, GUAM-ın hazırkı inkişaf səviyyəsindən və daha da möhkəmlənməsindən məmnunluq ifadə edən tərəflər, təşkilat daxilində nəzərdə tutulmuş birgə layihələri müzakirə edib, təşkilatın təsisatlanmasının davam etdirilməsini zəruri sayıblar. O cümlədən, fevralın 13-14-də Kiyevdə keçiriləcək GUAM-ın milli koordinatorlarının görüşü, GUAM parlamentarlarının əlaqələrinin qurulması, cari ilin ortalarında Tbilisidə baş tutacaq GUAM sammitinə hazırlıqla bağlı məsələlər nəzərdən keçirilib. GUAM-ın çoxtərəfli səviyyədə əlaqələrinin artmasına toxunan nazir E. Məmmədyarov BMT-də GUAM-ın təşəbbüskarı olduğu uzadılmış münaqişələrlə bağlı qətnamənin dəstək qazanacağına əminlik ifadə edib, yalnız ərazi bütövlüyü daxilində özünüidarəetmə hüququnun verilməsinin doğru olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR