Bank Of Baku

Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə komissiyasının növbəti yığıncağı martda keçiriləcək

Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə komissiyasının növbəti yığıncağı martda keçiriləcək
# 15 yanvar 2008 12:39 (UTC +04:00)
Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə komissiyanın növbəti yığıncağı mart ayında keçiriləcək. Bu barədə APA-ya komissiyanın Rusiya tərəfdən sədri, xarici işlər nazirinin müavini Aleksandr Yakovenko məlumat verib. O bildirib ki, görüşün yeri hələlik dəqiq müəyyənləşdirilməyib. Ya Moskva, ya da Mahaçqalada keçiriləcək iclasdan əvvəl isə ekspertlər səviyyəsində daha bir görüş olacaq. A. Yakovenko sərhədlərin delimitasiyası prosesinin ümumən uğurlu və proqressiv proses olduğunu söyləyib. Onun sözlərinə görə, tərəflər prosesin bu il başa çatacağına ümid edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR