Bank Of Baku

Müxalifyönlü partiyanın sədri: “Azərbaycanda müxalifət partiyalarının zəifləməsində beynəlxalq təşkilatların və Qərb dövlətlərinin də rolu olub”

Müxalifyönlü partiyanın sədri: “Azərbaycanda müxalifət partiyalarının zəifləməsində beynəlxalq təşkilatların və Qərb dövlətlərinin də rolu olub”
# 15 yanvar 2008 13:30 (UTC +04:00)
“Azərbaycanda müxalifət partiyalarının zəifləməsində dolayısı ilə beynəlxalq təşkilatların və Qərb dövlətlərinin də rolu olub”. Bunu APA-ya açıqlamasında Azərbaycan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Prezident seçkisinin keçiriləcəyi bu ilin ilk günlərindən ABŞ və Avropa ölkələrinin təmsilçilərinin Azərbaycana səfər etməsinin məhz bu proseslə əlaqəli olduğunu bildirən partiya sədri beynəlxalq qurumların seçkilərdə obyektiv mövqe tutacağına inanmadığını söyləyib. Ötən seçkilərdə beynəlxalq təşkilatların ikili mövqe nümayiş etdirdiyini bildirən Ə. Əliyev Azərbaycanın bu qurumlara daxil olarkən müəyyən öhdəliklər götürdüyünü xatırladıb: “Amma həmin qurumların rəhbərliyi öhdəliklərin yerinə yetirilməsini ciddi şəkildə tələb etmir. Buna baxmayaraq, həyata keçirilən səfərlərin proseslərə az da olsa, müsbət təsir edəcəyini düşünürəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR