Bank Of Baku

Metyu Brayza: “Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü hər iki ölkədə keçiriləcək seçkilərdən asılıdır”

Metyu Brayza: “Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü hər iki ölkədə keçiriləcək seçkilərdən asılıdır”
# 15 yanvar 2008 14:56 (UTC +04:00)
APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, bu sözləri İrəvanda jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. O, münaqişənin həllinin baza prinsipləri üzrə yeni layihənin nə vaxt hazır olacağını söyləyə bilməyib: “Bu sənəd üzərində işi başa çatdırmalıyıq. Amma Ermənistandakı prezident seçkilərinə qədər buna nail olub-olmayacağımızı deyə bilmərəm”. M. Brayza prezidentlər səviyyəsində növbəti görüşün hər iki ölkədə keçiriləcək seçkilərdən asılı olduğunu, ancaq seçkilərin danışıqlar prosesinə təsir göstərməyəcəyini bəyan edib: “Mən heç vaxt “imkan pəncərələri”nin qapandığını vurğulayan ritorika ilə razı olmamışam. Əgər cəmiyyətdə iradə varsa, bu “pəncərə” həmişə açıq qalacaq”. Həmsədr hər iki ölkədə prezidentliyə bütün namizədlərin ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəklədiyini qeyd edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü ötən ilin iyulunda Sankt-Peterburqda olub. Ermənistanda prezident seçkiləri fevralın 19-da, Azərbaycanda isə oktyabr ayında keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR