Bank Of Baku

Metyu Brayza 2008-ci ilin Qarabağ münaqişənin həllində həlledici il olacağına ümid edir

Metyu Brayza 2008-ci ilin Qarabağ münaqişənin həllində həlledici il olacağına ümid edir
# 15 yanvar 2008 15:08 (UTC +04:00)
O bildirib ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesi vacib mərhələdədir və hər iki ölkə prezidenti yeni təkliflərin əks olunduğu sənədi ətraflı öyrənir: “Bu gün baza prinsipləri üzrə razılığın nə vaxt əldə olunacağını konkret söyləmək çətindir. Ancaq tərəflər bu məsələyə yeni yanaşma nümayiş etdirir”. M. Brayza nə Ermənistan, nə də Azərbaycanın prosesi yavaşlatmağa və ya əngəlləməyə çalışmadığını söyləyib: “Hər iki tərəf səmimi şəkildə fikir mübadiləsi aparır və razılığa gəlmək üçün nə tələb olunduğunu qarşı tərəfin nəzərinə çatdırır”. Həmsədr jurnalistlərə açıqlamasında 2008-ci ilin münaqişənin həllində həlledici il olacağına ümid bəslədiyini vurğulayıb: “Prezidentlərlə görüşün yekunları əsasında mən belə qənaətə gəlirəm ki, danışıqlar prosesində irəliləyiş var”. Bununla yanaşı, M. Brayza bu il şifahi razılığın əldə olunub-olunmayacağını, yaxud hansısa sənədin imzalanıb-imzalanmayacağını söyləməkdə çətinlik çəkib: “Bunu hər iki ölkənin prezidenti müəyyən etməlidir”. M. Brayza Dağlıq Qarabağda vəziyyətlə dərindən tanış olacaqlarını və insanlarla söhbət edəcəklərini də deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR