Bank Of Baku

Metyu Brayza: “Ermənistanla Türkiyənin münasibətlərinin yaxşılaşması daha çox Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən asılıdır”

Metyu Brayza: “Ermənistanla Türkiyənin münasibətlərinin yaxşılaşması daha çox Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən asılıdır”
# 15 yanvar 2008 15:35 (UTC +04:00)
“Ümid edirəm ki, Ermənistan və Türkiyə yaxın gələcəkdə ikitərəfli münasibətlərin birbaşa müzakirəsinə başlayacaqlar”. APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza İrəvanda “Genişləndirilmiş Qara dəniz regionu: beynəlxalq və regional təhlükəsizliyin perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransda bu bəyanatla çıxış edib. ABŞ-ın hadisələrin bu cür inkişafını təşviq etdiyini bildirən M. Brayza Türkiyə hökumətində əhval-ruhiyyənin dəyişəcəyinə, eləcə də Ankaranın Ermənistanla diplomatik əlaqə qurmaq üçün şərt irəli sürməyəcəyinə ümid bəsləyir: “Bu istiqamətdə Ermənistan da bir sıra addımlar ata və mövcud sərhədləri tanıya bilər. ABŞ özünün türk müttəfiqlərini Ermənistanla münasibətlərin bərpası üçün tarixi imkanlardan yararlanmağa çağırır. İki ölkə münasibətlərinin uğurla inkişafı erməni-türk sərhədlərinin açılmasına gətirib çıxaracaq”. Bununla yanaşı, M. Brayza qeyd edib ki, Ermənistanla Türkiyənin münasibətlərinin yaxşılaşması daha çox Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən asılıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR