Bank Of Baku

Xəzər İbrahim: “Yəqin Ermənistan prezidenti Yeni ili o qədər fəal qeyd edib ki, oftalmoloji problemlərlə ölkəsini tərk etmək məcburiyyətində qalıb”

Xəzər İbrahim: “Yəqin Ermənistan prezidenti Yeni ili o qədər fəal qeyd edib ki, oftalmoloji problemlərlə ölkəsini tərk etmək məcburiyyətində qalıb”
# 15 yanvar 2008 15:36 (UTC +04:00)
“Görünür, Ermənistan prezidentinin mətbuat katibi hamını öz rəhbərinin arşını ilə ölçür. Yəqin Ermənistan prezidenti Yeni ili o qədər fəal qeyd edib ki, oftalmoloji problemlərlə ölkəsini tərk etmək məcburiyyətində qalıb”. Bu sözləri APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim Ermənistan prezidentinin mətbuat katibi Viktor Soqomonyanın Azərbaycan prezidentinin son çıxışı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışında Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını, Dağlıq Qarabağa nə indi, nə də 100 ildən sonra müstəqillik veriləcəyini qeyd edib, eləcə də işğaldan azad ediləcək rayonların adını bir-bir açıqlayıb ki, Ermənistan rəhbərliyində təmsil olunan şəxslər daxili siyasət üçün hesabladıqları bəyanatlar verməkdən çəkinsinlər. V. Soqomonyan Azərbaycan prezidentinin məhz bu çıxışından narahatlığını dilə gətirmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR