Bank Of Baku

UNESCO-nun Azərbaycan və Ermənistanda mədəni-tarixi abidələrin monitorinqini aparacaq missiyasının tərkibi təsdiqlənib

UNESCO-nun Azərbaycan və Ermənistanda mədəni-tarixi abidələrin monitorinqini aparacaq missiyasının tərkibi təsdiqlənib
# 16 yanvar 2008 07:17 (UTC +04:00)
Azərbaycanın UNESCO-dakı nümayəndəliyinin rəhbəri Eleonora Hüseynova APA-ya eksklüziv olaraq bildirib ki, missiyanın tərkibinə müxtəlif ölkələrdən alimlər, tarixçilər, incəsənət xadimləri və digər sahələr üzrə mütəxəssislər daxildir. Onun sözlərinə görə, missiyanın tərkibi təsdiqlənsə də, bəzi məsələlər və regiona gələcək missiyanın səfərinin vaxtı hələ dəqiqləşməyib: “Bu məsələlərlə bağlı hər iki tərəfi qane edən variant tapılmalıdır ki, bunun da üzərində iş gedir”. E. Hüseynovanın sözlərinə görə, mədəni və tarixi abidələrin monitorinqini aparacaq missiyanın səfəri tanışlıq xarakteri daşıyacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR