Bank Of Baku

Minskdə MDB ölkələrinin XİN-lərarası məsləhətləşmələri keçirilir

Minskdə MDB ölkələrinin XİN-lərarası məsləhətləşmələri keçirilir
# 16 yanvar 2008 08:39 (UTC +04:00)
Belarusun paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin xarici işlər nazirliklərində MDB məsələləri ilə məşğul olan strukturların rəhbərlərinin məsləhətləşmələri başlayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanı tədbirdə Belarusdakı səfir Əli Nağıyev təmsil edir. İki gün davam edəcək məsləhətləşmələrdə MDB-nin gələcək inkişafı konsepsiyasının yerinə yetirilməsində xarici siyasət idarələrinin vəzifələri, XİN-lərarası çoxpilləli məsləhətləşmələr planının 2007-ci ildə necə həyata keçirilməsi və 2008-ci il üçün nəzərdə tutulan plan layihəsi müzakirə olunur. Toplantıda MDB-nin icra katibi Sergey Lebedev də iştirak edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR