Bank Of Baku

Səfa Mirzəyev: “Milli Məclisin yaz sessiyasında Azərbaycan Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin ediləcəyi istisna olunmur”

Səfa Mirzəyev: “Milli Məclisin yaz sessiyasında Azərbaycan Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin ediləcəyi istisna olunmur”
# 16 yanvar 2008 08:51 (UTC +04:00)
Aparat rəhbəri hər iki sənədin ayrıca qanun layihəsi kimi deyil, qanuna əlavə və dəyişiklik kimi qəbul olunacağını, buna görə də istənilən vaxt parlamentin müzakirəsinə çıxarıla biləcəyini vurğulayıb. S. Mirzəyev sözügedən sənədlərin müzakirəyə çıxarılması üçün onların tam hazır olmasının vacibliyini də vurğulayıb. Milli Məclis Aparatının rəhbəri həmçinin Seçki Məcəlləsinə əlavə və dəyişikliklə əlaqədar Avropa Şurasının Venesiya Komissiyası ilə aparılan müzakirələr çərçivəsində növbəti görüşün vaxtının hələlik müəyyənləşmədiyini deyib.
Qeyd edək ki, S. Mirzəyev Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı Venesiya Komissiyası ilə danışıqlar aparan tərkibə daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR