Bank Of Baku

Azərbaycan Oman və Yəmənlə əlaqələrini genişləndirmək niyyətindədir

Azərbaycan Oman və Yəmənlə əlaqələrini genişləndirmək niyyətindədir
# 16 yanvar 2008 09:45 (UTC +04:00)
2008-ci il ərzində Azərbaycan və Oman xarici işlər nazirlərinin qarşılıqlı səfərləri həyata keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən məlumat verilib. (Bu səfirlik Oman, Yəmən və bir sıra digər Körfəz ölkələrində də akkreditə olunub). Səfərlərin tarixi və proqramı hazırda dəqiqləşdirilir.
Bu il Azərbaycanla Yəmən arasında da yüksək səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılması gözlənilir. Tərəflər bununla bağlı təkliflər hazırlayır. Azərbaycanda Yəmən səfirliyinin açılması da müzakirə mövzusudur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR