Bank Of Baku

Sərdar Cəlaloğlu: “Beş müxalifət təşkilatının əməkdaşlıq etdiyi məşvərət qurumunun müxalifətin koalisiyasına çevrilməsi zəruridir”

Sərdar Cəlaloğlu: “Beş müxalifət təşkilatının əməkdaşlıq etdiyi məşvərət qurumunun müxalifətin koalisiyasına çevrilməsi zəruridir”
# 16 yanvar 2008 11:38 (UTC +04:00)
Beş müxalifət təşkilatının (ADP, Müsavat, AMİP, Tərəqqi, Azərbaycan Naminə İctimai Forum) əməkdaşlıq etdiyi məşvərət qurumunun müxalifətin koalisiyasına çevrilməsi zəruridir. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. S. Cəlaloğlu məşvərət qurumunun növbəti iclasında prezident seçkilərində namizədlə çıxış edən siyasi təşkilatların koalisiyasının yaradılması təklifi ilə çıxış edəcəyini söyləyib: “Bu koalisiya seçkilərin ikinci turunda vahid mövqedən çıxış etmək, seçkidə müşahidələrin təşkili, seçkinin nəticələrini qiymətləndirmədə birgə addımlar atmaq barədə öhdəlik götürməlidir. Əgər siyasi qüvvələr indiki mərhələdə birləşə bilmirsə, onda seçkinin birinci turundan sonrakı mərhələdə birləşmək haqqında öhdəliklər götürə bilərlər”.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da APA-ya açıqlamasında müxalifətin koalisiyasının yaradılması ehtimalının yüksək olduğunu bildirib: “Biz düşünürük ki, hazırda müxalifət qüvvələrinin ölkədə demokratik şəraitin yaradılması, Seçki Məcəlləsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi, siyasi partiyaların normal fəaliyyətinə şərait yaradılması və digər məsələlərlə əlaqədar müqavimət koalisiyası yaradıla bilər. Belə koalisiyanın yaradılması asanlıqla mümkündür. Çünki bu, demokratiyanın müdafiəsi istiqamətində yaradılan koalisiya olacaq.” /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR