Bank Of Baku

Rüstəm Şahsuvarov: “Züqanov Rusiyada nüfuzdan düşməkdə olan partiyanın rəhbəridir və onun mövqeyi bizi maraqlandırmır”

Rüstəm Şahsuvarov: “Züqanov Rusiyada nüfuzdan düşməkdə olan partiyanın rəhbəridir və onun mövqeyi bizi maraqlandırmır”
# 16 yanvar 2008 11:55 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyasının (AKP) qanadlarından birinə rəhbərlik edən Rauf Qurbanov Kommunist Partiyaları İttifaqının (KPİ) Rəyasət Heyətinin Moskvada keçirilən toplantısına dəvət olunub. R. Qurbanov APA-ya bildirib ki, yanvarın 25-27-də keçiriləcək toplantıya o, Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) və KPİ-nın sədri Gennadi Züqanov tərəfindən dəvət edilib. R. Qurbanov toplantıda Rəyasət Heyətinin üzvlüyünə təsdiq olunacağını da deyib: “Partiyanın iki nümayəndəsi İttifaqın Şurasına, bir üzvü isə qurumun Mərkəzi Nəzarət Təftiş Komissiyasına seçiləcək. Azərbaycan Kommunist Partiyasını bu qurumda təmsil edəcək həmin şəxslər isə yanvarın 21-də keçiriləcək partiyanın Bürosunda seçiləcək”. R. Qurbanovun fikrincə, onun KPİ-nin Rəyasət Heyətinin iclasına dəvət olunması, onun rəhbərlik etdiyi təşkilatın legitimliyinin qəbul edilməsi deməkdir.
AKP sədri Rüstəm Şahsuvarov isə APA-ya bu toplantıya dəvət almadığını deyib. R. Şahsuvarov RFKP sədri G. Züqanovun R. Qurbanovla əməkdaşlığa üstünlük verməsindən təəssüfləndiyini də qeyd edib: “Biz müstəqil ölkəyik, Züqanov kimdir ki, Azərbaycanın daxili işinə qarışsınlar. Züqanov Rusiyada nüfuzdan düşməkdə olan partiya rəhbəridir. Biz Azərbaycan qanunları ilə işləyirik və Moskva bizi maraqlandırmır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR