Bank Of Baku

“Azadlıq” bloku Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı strateji plan hazırlayır

“Azadlıq” bloku Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı strateji plan hazırlayır
# 16 yanvar 2008 12:26 (UTC +04:00)
“Azadlıq” bloku 2008-ci il prezident seçkisi ilə bağlı strateji plan hazırlayır. Bloka daxil olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, hazırda sənəd üzərində iş gedir və Sədrlər Şurasının növbəti toplantısında bu məsələ müzakirə ediləcək. Partiya sədri təmsil etdiyi blokun seçkilərlə bağlı mövqeyinin fərqli olduğunu deyərək, müəyyənləşəcək strateji planın da buna uyğun olacağını bildirib: “Blok üzvü olan partiyalar seçkilərlə bağlı vahid mövqedən çıxış edərək, seçki komissiyalarının tərkibinin dəyişməyəcəyi halda boykot mövqeyində dayanacağını bildiriblər. Biz yenə də eyni fikirdəyik və hazırkı qanunla seçkidə iştirakın heç bir əhəmiyyətinin olmadığını düşünürük”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR