Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyası məntəqə seçki komissiyalarının üzvləri üçün kurslar keçirəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyası məntəqə seçki komissiyalarının üzvləri üçün kurslar keçirəcək
# 16 yanvar 2008 14:24 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda qurumun dekabrın 30-da keçirilmiş iclasının protokolu təsdiq olunub. Prezidentin “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq məntəqə seçki komissiyalarının üzvləri üçün kursların keçirilməsi qərara alınıb. MSK sədrinin müavini Svetlana Qasımova bildirib ki, kursların fevraldan başlaması və 25 mindən çox məntəqə üzvünə şamil olunması nəzərdə tutulub. O, dövlət başçısının sərəncamına uyğun olaraq bu günə qədər Dairə Seçki komissiyalarının sədrləri və üzvləri, məntəqə seçki komissiyalarının isə sədrləri üçün kursların keçirildiyini bildirib. İclasda 121 saylı Laçın, 91 saylı Ucar Seçki dairələrinin Dairə Seçki komissiyalarının tərkibində dəyişiklik də edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR