Bank Of Baku

Azərbaycan MSK-nın üzvləri GUAM Müşahidə Missiyasının tərkibində müxtəlif ölkələrdə keçiriləcək seçkiləri izləyəcəklər

Azərbaycan MSK-nın üzvləri GUAM Müşahidə Missiyasının tərkibində müxtəlif ölkələrdə keçiriləcək seçkiləri izləyəcəklər
# 16 yanvar 2008 14:38 (UTC +04:00)
GUAM Müşahidə Missiyasının tərkibi formalaşıb və bu missiya ilk olaraq Gürcüstanda keçirilən prezident seçkisini izləyib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, Müşahidə Missiyasının tərkibinə Azərbaycan MSK-sından da nümayəndələr daxil edilib və bundan sonra ayrı-ayrı ölkələrdə keçiriləcək seçkilərdə onlar müşahidəçi qismində iştirak edəcəklər. M. Pənahov Gürcüstanda keçirilən seçkinin demokratik prinsiplərə uyğun olduğunu bildirib. Azərbaycanlılar yaşayan ərazilərdə seçki bülletenlərinin və seçici siyahılarının Azərbaycan dilində tərtib edildiyini bildirən M. Pənahov bunu müsbət addım kimi qiymətləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR