Bank Of Baku

Məzahir Pənahov: “Azərbaycanın seçici siyahıları beynəlxalq standartlar baxımından birinci sırada dayanır”

Məzahir Pənahov: “Azərbaycanın seçici siyahıları beynəlxalq standartlar baxımından birinci sırada dayanır”
# 16 yanvar 2008 17:20 (UTC +04:00)
“Azərbaycandakı seçici siyahıları ilə bağlı yanlış fikirlər bildirənlər seçki komissiyalarının işinə kölgə salmaq istəyir. Azərbaycanın seçici siyahıları beynəlxalq standartlar baxımından birinci sırada dayanır”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Dünya praktikasında seçici siyahılarında 2-3 faiz problemin təbii sayıldığını söyləyən M. Pənahov Azərbaycanda bunun 1 faizdən də aşağı olduğunu bildirib: “Biz hətta seçicilərin məntəqəyə hansı marşrutlarla gedə biləcəyini də göstərmişik. Dünyanın heç yerində ideal seçici siyahısı yoxdur. Kimsə bu iddia ilə çıxış edirsə, keçmiş sovet təfəkkürü ilə yaşayır”. M. Pənahov yeni yaşayış massivlərində yaşayan seçicilərin də siyahılara salındığını vurğulayıb: “Amma müəyyən insanlar özləri siyahılara düşmürlər ki, sonradan problem yaratsınlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR