Bank Of Baku

Cəmil Ünal: “Türkiyə ilə Azərbaycanın qardaşlığını qəbul etməyənlər Qarabağ probleminin həllində necə ədalətli davrana bilər?”

Cəmil Ünal: “Türkiyə ilə Azərbaycanın qardaşlığını qəbul etməyənlər Qarabağ probleminin həllində necə ədalətli davrana bilər?”
# 16 yanvar 2008 17:27 (UTC +04:00)
“Həm Azərbaycan, həm də Türkiyə rəhbərliyi Metyu Brayzanın bəyanatına ciddi reaksiya verməlidir. Türkiyə ilə Azərbaycanın qardaşlığını qəbul etmək istəməyənlər Qarabağ probleminin həllində necə ədalətli davrana bilər?” Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Ankaradakı Azərbaycan Kültür Dərnəyinin rəhbəri, sabiq millət vəkili Cəmil Ünal deyib. O, M. Brayzanın bəyanatından hiddətləndiklərini bildirib: “ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrə baxın: Rusiya qeyd-şərtsiz erməniləri dəstəkləyir. Fransa və ABŞ-da ermənilərin gücü hamıya məlumdur. Azərbaycan Qarabağ məsələsinin həllində öz ağırlığını ortaya qoymalı və torpaqları bir an əvvəl işğaldan azad etməlidir. Bunun başqa alternativi yoxdur. İşğal altındakı torpaqların azad edilməsi başqalarına həvalə edilə bilməz. Qarabağın həqiqi sahibi bu gün o torpaqların ağrı-acısını ürəyində daşıyan insanlar olacaq”. C. Ünal 20 Yanvar şəhidlərinin xatirəsinin daim əziz tutulmasını da istəyib.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Azərbaycan və Türkiyəni “Bir millət-iki dövlət” şüarından imtina etməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR