Bank Of Baku

20 Yanvar faciəsinin 18-ci ildönümü münasibətilə ABŞ-da anım mərasimləri keçiriləcək

20 Yanvar faciəsinin 18-ci ildönümü münasibətilə ABŞ-da anım mərasimləri keçiriləcək
# 17 yanvar 2008 08:59 (UTC +04:00)
Mərasimdə 20 Yanvar hadisələrinin qurbanları yad ediləcək, “Qara yanvara aparan yol” filmi nümayiş olunacaq. Yanvarın 20-də Azərbaycanın Los Angeles şəhərindəki baş konsulluğunda Azərbaycan-Amerika Şurası 20 Yanvar hadisələri ilə bağlı xüsusi təqdimat keçirəcək, hadisənin baş verməsi səbəbini anladacaqlar. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev APA-nın yerli bürosuna Daimi Nümayəndəlikdə də anma mərasiminin təşkil olunacağını bildirib.
Qeyd edək ki, bu il ilk dəfə olaraq ABŞ-da yaşayan yüzlərlə həmvətənlərimiz yeni yaradılan “ABŞ Azərbaycanlılarının Şəbəkəsi” (U.S. Azeris Network) vasitəsi ilə öz konqresmenlərinə, senatorlarına, ABŞ-ın icra və mətbuat orqanlarına, ictimai təşkilatlarına 20 Yanvar hadisələri ilə bağlı məktublar göndərməyə müvafiq olublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR