Bank Of Baku

Azərbaycan deputatlarının İrana səfəri fevralda baş tuta bilər

Azərbaycan deputatlarının İrana səfəri fevralda baş tuta bilər
# 17 yanvar 2008 12:11 (UTC +04:00)
Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun Milli Məclisdən olan nümayəndə heyətinin İrana səfəri gündəmdən çıxmayıb. Milli Məclisin (MM) deputatı, Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvü Eldar İbrahimov APA-ya bildirib ki, tarix hələlik dəqiqləşməsə də, səfər fevralda baş tuta bilər. E. İbrahimov səfər çərçivəsində hər hansı sənədin imzalanmasının nəzərdə tutulmadığını da deyib. Deputat bildirib ki, səfər zamanı Milli Məclisin deputatları iranlı həmkarları ilə əlaqələrin inkişaf etdirilməsi və qanunvericilik sahəsində təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparacaqlar. İran parlamentinin mətbuat xidmətinin rəhbəri İsrafil Təbrizi isə APA-ya açıqlamasında Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun Milli Məclisdən olan nümayəndə heyətinin İrana səfəri haqda məlumatı olmadığını deyib. Bununla belə, o, səfərin yaxın vaxtlarda reallaşacağına ümid etdiyini söyləyib.
Qeyd edək ki, Azərbaycan deputatlarının İrana səfəri ötən ilin dekabrına nəzərdə tutulsa da, təxirə salınıb. Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun Azərbaycan tərəfdən rəhbəri Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR