Bank Of Baku

Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
# 17 yanvar 2008 14:27 (UTC +04:00)
Bu gün Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Heç nə unudulmur” adlı anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə xalq şairləri Bəxtiyar Vahabzadənin, Mirvari Dilbazinin, Mədinə Gülgünün və digər şairlərin şerləri əsasında hazırlanan ədəbi-bədii kompozisiya təşkil olunub. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva 20 Yanvar faciəsinin Azərbaycanın müstəqilliyinin qazanılmasında xüsusi rolunun olduğunu bildirib. Onun sözlərinə görə, Sovet İmperiyasının qanunlarına qarşı çıxan azərbaycanlılar müstəqil dövlət yaratmaq istəklərini bütün dünyaya bəyan ediblər. Muzeyin direktoru Fəridə Şəmsi, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası, “Şəhid anaları” Xeyriyyə Mərkəzinin sədri Rəfiqə Əsgərova və faciənin şahidi olan digər şəxslər hadisə barədə danışıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR