Bank Of Baku

Azərbaycanın bir qrup siyasi partiyası, hüquq müdafiəçisi və media təmsilçisi AŞ PA-ya müraciət edib

Azərbaycanın bir qrup siyasi partiyası, hüquq müdafiəçisi və media təmsilçisi AŞ PA-ya müraciət edib
# 17 yanvar 2008 16:31 (UTC +04:00)
“Azadlıq” blokunun həmsədrləri, bir qrup hüquq müdafiəçisi və media təmsilçiləri Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) müraciət edib. “Azadlıq” blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müraciətdə Azərbaycanın AŞ qarşısında öhdəliklər götürməsinə baxmayaraq, son bir neçə ildə siyasi müxalifətə və azad mətbuata qarşı təzyiqlərin artdığı bildirilib, AŞ PA-nın yanvar sessiyası çərçivəsində Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin olunmasının vacibliyi qeyd olunub.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətini üzvü, millət vəkili Gültəkin Hacıyeva isə APA-ya açıqlamasında bu müraciəti pislədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda bəzi QHT-lər, siyasi partiyalar AŞ-dakı anti-Azərbaycan mövqeyi ilə tanınan insanların təşəbbüsünə qoşulub: “Siyasi məhbuslar üzrə məruzəçi təyin olunmaq təşəbbüsü Azərbaycanın dostu olmayan Kiprli deputat Kristos Purquridesə məxsusdur. O, ermənipərəst mövqeyi ilə tanınır, Dağlıq Qarabağla bağlı müzakirələrdə Ermənistanı dəstəkləyir. Belə bir müraciətin edilməsi Azərbaycanda nə demokratiyanın, nə insan haqlarının, nə də Qarabağ probleminin həllinə töhfədir. Əksinə, bu cəhd Azərbaycanla Avropa Şurasının münasibətlərini pozmağa, ölkənin beynəlxalq imicini korlamağa yönəlib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR