Bank Of Baku

AXCP sədrinin kassasiya şikayəti üzrə bu günə təyin olunmuş proses təxirə salınıb

AXCP sədrinin kassasiya şikayəti üzrə bu günə təyin olunmuş proses təxirə salınıb
# 18 yanvar 2008 13:11 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə pasport verilməsi ilə bağlı verilən kassasiya şikayəti üzrə Ali Məhkəmədə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb. Partiya sədrinin vəkili Elçin Qəmbərovun APA-ya verdiyi məlumata görə, hakim Əsəd Mirzəliyevin sədrliyi ilə keçirilən iclasın təxirə salınmasına səbəb iş üzrə cavabdeh tərəf kimi tanınan Nəsimi rayon Prokurorluğunun nümayəndəsinin məhkəməyə vəkilsiz gəlməsi olub. Növbəti məhkəmə iclası yanvarın 25-nə təyin edilib. Qeyd edək ki, 2006-cı ildə ümumvətəndaşlıq pasportunun müddəti bitdikdən sonra Ə. Kərimli yeni pasport almaq üçün Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsinə müraciət etsə də, ona sənəd verilməyib. Buna səbəb kimi isə partiya sədri haqında haqqında 1994-cü ildə Cinayət Məcəlləsinin qanunsuz silah-sursat saxlama maddəsilə başlanmış cinayət işinə xitam verilməməsi göstərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR