Bank Of Baku

Təbrizdə Ermənistanın Baş konsulluğunun açılması qərarı İran azərbaycanlıları tərəfindən etirazla qarşılanıb

Təbrizdə Ermənistanın Baş konsulluğunun açılması qərarı İran azərbaycanlıları tərəfindən etirazla qarşılanıb
# 18 yanvar 2008 13:11 (UTC +04:00)
İranda Azərbaycan dilində nəşr olunan “Yarpaq” qəzetinin redaktoru Səid Muğanlı APA-ya bildirib ki, bir qrup azərbaycanlı ziyalı Təbrizdən seçilən deputat Əkbər Ələmi ilə də görüşüb və ona İranda yaşayan azərbaycanlıların etirazını çatdırıb. S. Muğanlı ölkədə açıq şəkildə imzatoplama kampaniyasına başlandığını da deyib: “Beş gündür, İranın bütün ərazisində Təbrizdə Ermənistanın konsulluğunun açılmasına etiraz edən azərbaycanlılar arasında imzatoplama kampaniyasına start verilib. İran dövləti isə məsələyə hələ münasibət bildirmir. Hesab edirik ki, İran dövləti milyonlarla azərbaycanlının fikirlərini nəzərə almalı və ermənilərin çox az sayda yaşadığı Təbrizdə baş konsulluq açılmasına icazə verməməlidir. Bu yanlış addımdır və azərbaycanlılar arasında ciddi etiraz yarada bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR