Bank Of Baku

Sərdar Cəlaloğlu hakimiyyət komandası formalaşdırmağa başlayıb

Sərdar Cəlaloğlu hakimiyyət komandası formalaşdırmağa başlayıb
# 18 yanvar 2008 13:13 (UTC +04:00)
2008-ci il prezident seçkilərində öz namizədi ilə iştirak etməyi planlaşdıran Azərbaycan Demokrat Partiyasının (ADP) rəhbərliyi hakimiyyət komandası formalaşdırmağa başlayıb. ADP sədrini müavini Həsrət Rüstəmov APA-ya açıqlamasında partiyanın yeni siyasi kursuna uyğun olaraq sədr Sərdar Cəlaloğlunun ADP və partiyadankənar yüksək ixtisaslı, təcrübəli və ictimai nüfuzu olan insanlardan ibarət komanda yaradaraq bu komandanın namizədi kimi çıxış etmək istədiyini deyib. H. Rüstəmovun sözlərinə görə, S. Cəlaloğlu öz hakimiyyət komandasına əvvəlki iqtidarlarda çalışmış dövlət idarəçiliyi təcrübəsi olan şəxsləri, digər siyasi partiyaların funksionerlərini və yüksək ixtisaslı bitərəf kadrları cəlb etməyi düşünür. Həmçinin ilk dəfə olaraq xarici ölkə vətəndaşları olan azərbaycanlıların da bu komandaya gətirilməsi planlaşdırılıb: “Artıq bu istiqamətlərdə danışıqlar başlayıb. Sərdar Cəlaloğlunun liderliyi ilə peşəkarlıq, siyasi və intellektual səviyyə baxımından kadrların koalisiyasını yaratmağa nail olacağımızı düşünürük”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR