Bank Of Baku

Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin yaz sessiyasında müzakirəyə çıxarılması istisna edilmir

Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin yaz sessiyasında müzakirəyə çıxarılması istisna edilmir
# 18 yanvar 2008 14:23 (UTC +04:00)
Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin yaz sessiyasında müzakirəyə çıxarılması istisna edilmir. APA-nın məlumatına görə, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Seçki Məcəlləsinə ediləcək dəyişikliklərə dair təkliflər artıq bəllidir və bu dəyişikliklərin mümkünlüyü ilə bağlı müzakirələr davam etdirilir. B. Muradova Seçki Məcəlləsində hər hansı dəyişikliyin mümkünlüyünü də istisna etməyib: “Ola bilsin, yaz sessiyasının hansısa mərhələsində Seçki Məcəlləsinə texniki dəyişikliklər edilməsi məsələsi gündəliyə daxil edilsin”. Bahar Muradova “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər məsələsinin də parlamentin müzakirəsinə çıxarılmasının mümkün olduğunu vurğulayıb: “Həm ictimai qurumlar, həm də beynəlxalq təşkilatlar, eləcə də siyasi partiyalar və parlamentdə müxtəlif səviyyələrdə müzakirələr aparıblar. Ola bilər ki, digər fəaliyyətdə olan qanun layihələri kimi bu qanun da haçansa parlamentin müzakirəsinə çıxarılsın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR