Bank Of Baku

Fəqani Məhərrəmov: “AMİP-də millətçilərlə sağ mərkəzçilər arasında mübarizə başlayıb”

Fəqani Məhərrəmov: “AMİP-də millətçilərlə sağ mərkəzçilər arasında mübarizə başlayıb”
# 18 yanvar 2008 15:08 (UTC +04:00)
“Azərbaycan Milli İstiqlal Partiyasında xeyli vaxtdır millətçilərlə sağ mərkəzçilər arasında mübarizə başlayıb. İlk dəfədir ki, partiyada sədrlik uğrunda gedən mübarizə ideoloji müstəviyə keçib”. Bu açıqlamanı APA-ya AMİP-in Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov verib. Onun sözlərinə görə, AMİP-in millətçi partiya olmasına baxmayaraq, onun sağ mərkəzçi mövqeyə keçməsinin tərəfdarı olan insanlar var və onların başında baş katib Fuad Muxtarov dayanır: “Amma yaxın vaxtlarda millətçilərin səsi daha gur eşidiləcək. Biz bu məsələdə ən çox Etibar Məmmədova arxalanırıq. Çünki milli hərəkat başlayanda o, millətçi qüvvələrin lideri hesab olunurdu. Ona görə qarşıdan gələn qurultayda millətçilərin qalib gəlməsi üçün Etibar Məmmədovun dəstək verəcəyini düşünürük”. F, Məhərrəmov keçmiş sədri Ayaz Rüstəmovun şəxs olaraq liberal dəyərlərə üstünlük verdiyini də deyib: “Amma o, qısa müddətdə sədr olduğu üçün çoxları onun hansı siyasi oriyentasiyanın tərəfdarı olduğunu bilmədi”. Fəqani Məhərrəmov AMİP rəhbərliyində olan bir sıra şəxslərin ona qarşı kampaniyaya başladığını və F. Muxtarovun da bu kampaniyaya qoşulduğunu qeyd edib: “Onlar əllərində olan resursları Goranboy təşkilatının sədrinə qarşı istifadə edirlər və bu yolverilməzdir. Ən azı ona görə ki, bu partiya hamımızındır, burada öz səlahiyyətindən istifadə edib kiməsə qarşı kampaniya aparmaq yaxşı deyil”.
AMİP-in baş katibi Fuad Muxtarov isə partiyada xüsusi cərəyanların olmadığını bildirib. Onun sözlərinə görə, ola bilsin ki, partiyada kimlərsə öz fikirlərində daha çox dünyəvi dəyərləri, digərləri isə millətçi hissləri qabardır: “Amma burada xüsusi cərəyanlar, ideoloji qəlibə düşmüş, real, konturları tam aydlın olan qruplar yoxdur. Mən isə nə millətçilikdən geri qalıram, nə də dünyəvi dəyərlərdən geri çəkilən deyiləm. Heç vaxt millətçiliyə qarşı olmamışam”. F. Məhərrəmovun ona qarşı xüsusi kampaniyanın aparılması ilə bağlı iddiasına gəldikdə, F. Muxtarov bildirib ki, o, yalnız jurnalistlər müraciət etdikdə bu suallara cavab verib: “Fəqani Məhərrəmovun sədrlik iddiasını da normal qarşılayırıq və partiyada heç kim onu sədrlik iddiasına qarşı çıxmır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR