Bank Of Baku

Bahar Muradova: “Qoran Lenmarker Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzəçi kimi vəzifəsinin öhdəsindən pis gəlməyib”

Bahar Muradova: “Qoran Lenmarker Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzəçi kimi vəzifəsinin öhdəsindən pis gəlməyib”
# 18 yanvar 2008 15:55 (UTC +04:00)
“ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzəçi kimi vəzifəsinin öhdəsindən pis gəlməyib. Sadəcə, danışıqlar prosesi elə mərhələdədir ki, məruzəçidən məsələ asılı deyil”. APA-nın məlumatına görə, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Qoran Lenmarker yalnız danışıqlar prosesinin səviyyəsini təsvir edib və Avropa təcrübəsindən çıxış edərək güzəştli varianta üstünlük verdiyini diqqətə çatdırıb. O, Qoran Lenmarkerin hazırladığı sonuncu məruzəsində tərəflərə konkret hansısa istiqamət göstərmədiyini də vurğulayıb: “O, məruzəçi olaraq mövcud durumu təhlil edir və vəziyyətin nədən ibarət olduğunu ortaya qoyur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR