Bank Of Baku

İyirmiyə yaxın partiya məşvərət xarakterli qurum yaratmağa hazırlaşır

İyirmiyə yaxın partiya məşvərət xarakterli qurum yaratmağa hazırlaşır
# 18 yanvar 2008 16:13 (UTC +04:00)
Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında prezident seçkisi öncəsi bir sıra məsələlərdə birgə fəaliyyət göstərməklə bağlı saziş imzalamış 20-yə yaxın müxalifət partiyasının toplantısı keçirilib. KXCP sədri Mirmahmud Mirəlioğlu APA-ya bildirib ki, toplantıda partiyaların bir qurumda təmsil olunması ilə bağlı məsələ müzakirə olunub. M. Mirəlioğlunun sözlərinə görə, məşvərət xarakterli olması nəzərdə tutulan qurum imzalanan sazişin müddəaları əsasında fəaliyyət göstərəcək. O, qurumun adı ilə bağlı məsələnin hələ müzakirəyə çıxarılmadığını deyib.
Qeyd edək ki, əməkdaşlığa dair sazişi Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Azad Azərbaycan, Sosial Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Milli İstiqlal, Vətəndaş Həmrəyliyi, Türk Millətçi partiyaları, Azərbaycan Siyasi Yolu Hərəkatı və “Bizim Azərbaycan” bloku imzalayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR