Bank Of Baku

Konqresmen Co Vilson: “20 Yanvarda rus ordusunun törətdiyi vəhşilikdən hiddətlənən Azərbaycan xalqı bir il sonra öz müstəqilliyini elan edə bildi”

Konqresmen Co Vilson: “20 Yanvarda rus ordusunun törətdiyi vəhşilikdən hiddətlənən Azərbaycan xalqı bir il sonra öz müstəqilliyini elan edə bildi”
# 19 yanvar 2008 09:08 (UTC +04:00)
Konqresmen qeyd olunan tarixdə azərbaycanlıların milli hərəkatının boğulması üçün Bakıya 26 minlik sovet ordusunun yeridildiyini və bu ordu hissələrinin günahsız insanlara silah qaldırdığını söyləyib: “Nəticədə 130-dan çox insan qətlə yetirilib, 611 nəfər yaralanıb, 841 vətəndaş isə həbs olunub. Həmin gecə yoxa çıxan 4 nəfərin taleyi barədə heç bir xəbər yoxdur. Mixail Qorbaçov Bakıda fövqəladə vəziyyət elan edərək ordu hissələrini şəhərə yeritməklə Sovet hakimiyyətini qorumağa cəhd etsə də, bu, əks effekt verdi. Rus ordusunun vəhşiliyindən hiddətlənən Azərbaycan xalqı cəmi bir ildən sonra öz müstəqilliyini elan etməyə müvəffəq oldu. ABŞ isə artıq 1992-ci ilin mart ayından Azərbaycanda öz səfirliyini açdı”. Konqresmen qeyd edib ki, Azərbaycan xalqı 16 ildir ki, Sovet dövründən qalma siyasi və iqtisadi çətinliklərinə baxmayaraq, öz müstəqil dövlətlərini qorumağa bacarıblar. O, Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda apardığı mürəkkəb mübarizənin rəğbətlə qarşıladığını deyib. Qeyd edək ki, Co Vilson Nümayəndələr Palatasının və Konqresin Azərbaycanla bağlı işçi qrupunun üzvüdür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR