Bank Of Baku

Avropa Parlamenti Cənubi Qafqazla bağlı qətnamə qəbul edib

Avropa Parlamenti Cənubi Qafqazla bağlı qətnamə qəbul edib
# 19 yanvar 2008 09:11 (UTC +04:00)
Qətnamədə deyilir ki, ərazi bütövlüyünün qorunması prinsipi ilə millətlərin öz müqəddəratını təyin etmə prinsipləri arasındakı ziddiyyət Cənubi Qafqazda mövcud münaqişələrin həllini uzadır. Bununla yanaşı qeyd olunur ki, bu münaqişələr yalnız sülh yolu ilə həll edilməlidir.
Qətnamədə Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə də münasibət bildirilir. Deyilir ki, bu dəmir yolu Ermənistanla Türkiyə arasında mövcud olan və istismara hazır dəmir yolundan yan keçir. Cənubi Qafqaz ölkələri və Türkiyəyə müraciət olunur ki, regional inteqrasiya siyasəti aparsın, Avropa İttifaqının Yeni Qonşuluq Siyasəti prinsiplərini pozan perspektivsiz və siyasi cəhətdən əsaslandırılan enerji və nəqliyyat layihələrindən çəkinsin. Sənəddə Türkiyə öz qonşuları ilə problematik mübahisələrin həlli üçün intensiv səylər göstərməyə dəvət olunur. Avropa Parlamenti, həmçinin Avropa Şurası və Avropa Komissiyasının Türkiyə-Ermənistan sərhədinin açılması probleminin həllinə cəlb olunmasının vacibliyini vurğulayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR