Bank Of Baku

20 Yanvar faciəsinin qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib

20 Yanvar faciəsinin qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib
# 19 yanvar 2008 09:14 (UTC +04:00)
APA-nın ABŞ büroosunun məlumatına görə, mərasimin əvvəlində faciəyə dair məlumat verilib və günahsız qurbanların ruhu yad edilib. İştirakçılara 17.01.08 tarixində ABŞ-ı Konqresində 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar Konqresmen Co Vilsonun rəsmi bəyanatının mətni və digər materiallar paylanılıb. Sonra faciə ilə bağlı “Lider” televiziyasının hazırladığı “Qara Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilib. Filmin nümayişindən sonra 20 yanvar faciəsinin canlı şahidləri tərəfindən əlavə məlumatlar verilib və iştirakçıların sualları cavablandırılıb. Tədbirdə ABŞ-ın hökumət və qeyri-hökumət təşkilatları və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR