Bank Of Baku

Bahar Muradova: “20 Yanvar faciəsinə hüquqi qiymət verilməsinə ehtiyac var”

Bahar Muradova: “20 Yanvar faciəsinə hüquqi qiymət verilməsinə ehtiyac var”
# 19 yanvar 2008 09:51 (UTC +04:00)
Onun sözlərinə görə, nəinki “20 Yanvar” faciəsini, həmçinin, keçmiş SSRİ ərazisində buna bənzər faciələri törədənlər beynəlxalq məhkəmələrin qarşısında dayanmalıdır: “Biz bu işi sona çatdırmalıyıq”. Millət vəkili Azərbaycan xalqının ümumi maraqlar naminə birləşməyi bacardığını da qeyd edib: “Əgər sovet imperiyasına qarşı yalın əllə birləşib öz sözümüzü deyə bilmişdiksə, indi də Azərbaycanın inkişafı üçün bir xalq olaraq öz sözümüzü deyirik. Qarabağ problemi ilə bağlı danışıqlar gedir, prosesin indiki səviyyəsi tərəfləri qane etməsə də, bu prosesin davamlı olmasında maraqlıyıq. Prezidentin söylədiyi kimi Azərbaycanda müharibə bitməyib, onun birinci mərhələsi başa çatıb. Lazım gələn anda Azərbaycan ordusu xalqla birgə öz sözünü deyəcək. Buna heç kimin şübhəsi olmasın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR