Bank Of Baku

Azərbaycan Ombudsmanı “20 Yanvar” faciəsinin 18-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Ombudsmanı “20 Yanvar” faciəsinin 18-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
# 19 yanvar 2008 11:05 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bu faciənin bünövrəsinin SSRİ-nin prezidenti Mixail Qorbaçovun “yenidənqurma” siyasətinin həyata keçirdiyi vaxtdan qoyulduğu bildirilir. SSRİ Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunların təkcə paytaxtda 130-dan artıq mülki şəxsi öldürdüyü, 600-dən çox adamın yaralandığı, ölçüyəgəlməz dağıntılar törədildiyi bəyanatda əksini tapıb. Bu faicəni Azərbaycan xalqına qarşı mütəşəkkil terror siyasətinin başlanğıcı hesab edən Ombudsman Sovet hakimiyyətinin bu cinayətlə Ermənistanın azğınlaşmış siyasi qüvvələrinə dəstək verdiyini, nəticədə, Azərbaycana qarşı uzunmüddətdi təcavüzün həyata keçirildiyini vurğulayıb: “Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub. Təəssüf ki, kütləvi insan hüquqlarının pozulması ilə nəticələnmiş “20 Yanvar” faciəsinə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməyib. Halbuki son illərdə dünyada baş verən kütləvi insan itkisi ilə nəticələnən terror aktları sırasında insanlıq əleyhinə yönəlmiş “20 Yanvar” faciəsinin mahiyyətinə və miqyasına görə xüsusi yeri var”. Ombudsman ümid edir ki, bu cinayət özünün beynəlxalq hüquqi qiymətini alacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR