Bank Of Baku

Azərbaycan erməni vətəndaşlarının adlarının seçici siyahısına salınması üçün beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan erməni vətəndaşlarının adlarının seçici siyahısına salınması üçün beynəlxalq təşkilatlara müraciət edib
# 20 yanvar 2008 10:26 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov bildirib. M. Pənahov deyib ki, Dağlıq Qarabağda yaşayan digər millətlər kimi, erməni mənşəli Azərbaycan vətəndaşlarının da seçib-seçilmək hüququ təmin olunmalıdır və Azərbaycan buna hazırdır: “Erməni mənşəli Azərbaycan vətəndaşlarının adlarının seçici siyahılarına salınması üçün beynəlxalq təşkilatların gücündən istifadə etmək qərara alınıb. Amma beynəlxalq təşkilatlar bu məsələdə passivlik göstərir”.
MSK sədri qeyd edib ki, Azərbaycanda məskunlaşan məcburi köçkünlərin hamısının seçkidə iştirakını təmin etmək üçün MSK lazımi tədbirlər həyata keçirib: “Məcburi köçkünlərin seçkilərdə maksimum dərəcədə seçilib-seçmək hüquqlarının təmin olunmasına çalışırıq. Məcburi köçkünlərin daimi yaşayış yerləri olmadığından, onların qeydə alınmasında problemlər yaranır. Bu problemin aradan qaldırılması üçün məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR