Bank Of Baku

Bu gün AŞ PA-nın qış sessiyası başlayır

Bu gün AŞ PA-nın qış sessiyası başlayır
# 21 yanvar 2008 08:43 (UTC +04:00)
Sessiyada iştirak etmək üçün Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti dünən Strasburqa yola düşüb. Sessiyada fəxri qonaqlar arasında Əlcəzair prezidenti Abdelaziz Buteflika, Gürcüstan prezidenti Mixail Saakaşvili, Albaniya prezidenti Bamir Topi, Slovakiyanın baş naziri Robert Fitso, Macarıstanın baş naziri Ferents Dyurçan, Beynəlxalq Yaşıl Xaç Komitəsinin prezidenti Mixail Qorbaçov və UEFA prezidenti Mişel Platini var. Sessiyanın bugünkü ilk iclasında AŞ PA-nın yeni prezidentinin seçkisi, Assambleyanın Bürosu və Daimi Komissiyasının hesabatları olacaq. Sabahkı iclasda Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsi (o cümlədən Azərbaycandan təqdim olunmuş siyahı üzrə), Avropa Şurası baş katibi Terri Devisin təşkilatın fəaliyyəti barədə məruzəsi, havaların istiləşməsi və ekoloji fəlakətlər mövzusunda müzakirələr, M. Qorbaçovun çıxışı planlaşdırılıb. BMT və Avropa İttifaqının “qara siyahıları”, Mərkəzi Asiya respublikalarında vəziyyət, yanvarın 24-də Mixail Saakaşvilinin çıxışı, Gürcüstan tərəfindən AŞ qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, Avropada övladlığa götürülmək üçün yeni doğulmuş uşaqların oğurlanması məsələləri yanvarın 23-də keçiriləcək iclasın gündəliyinə salınıb. Sessiya zamanı Belarus parlamentinin nümayəndələri ilə görüşlər də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR