Tədbirin yekun hissəsində yeni yaradılan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (U.S. Azeris Network) təqdimatı keçirilib. U.S. Azeris Network-un baş katibi, ABŞ-ın cənub və orta regionları üzrə şəbəkənin müdiri Yusif Babanlı Amerika azərbaycanlılarını bu faydalı sosial şəbəkə vasitəsilə ölkənin ictimai-siyasi həyatında daha aktiv rol oynamağa çağırıb. Qeyd edək ki, 20 Yanvar qurbanlarına həsr olunan mərasimin keçirilməsi Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası, “Raindrop” Türk Evi və Azərbaycan-Amerika Ticarət Palatasının dəstəyi ilə mümkün olub. Saat 12:00-da isə Hyuston şəhərinin meri Billi Vaytın sərəncamı ilə 20 Yanvar şəhidlərinin xatirəsi bütün şəhərdə bir dəqiqəlik sükutla yad edilib. /APA/