Bank Of Baku

ABŞ-ın “The Wall Street Journal” qəzetində Elmar Məmmədyarovun məqaləsi dərc olunub

ABŞ-ın “The Wall Street Journal” qəzetində Elmar Məmmədyarovun məqaləsi dərc olunub
# 21 yanvar 2008 09:03 (UTC +04:00)
ABŞ-ın “The Wall Street Journal” qəzetində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun məqaləsi dərc olunub. APA-nın məlumatına görə, “Xəzər anı” (“The Caspian Moment”) adlanan yazıda nazir neft və qazla zəngin Xəzər regionunun sovet dövrünün təsirindən qurtulmağa başladığını, Azərbaycanın regional inteqrasiyaya ciddi əhəmiyyət verdiyini bildirib. Bununla yanaşı, E. Məmmədyarov qeyd edib ki, hərtərəfli inteqrasiya yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra baş tuta bilər. Münaqişənin tarixçəsi haqda ətraflı məlumat verilən məqalədə ərazi bütövlüyü məsələsində Azərbaycanın güzəştsiz mövqeyindən bəhs olunur. E. Məmmədyarov Azərbaycanın beynəlxalq təşkilatlar və digər dövlətlərlə münasibətlərindən də söz açıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR