Bank Of Baku

Əli Əhmədov ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun təşkil etdiyi kurslarda iştirak etmiş YAP-çı gənclərlə görüşüb

Əli Əhmədov ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun təşkil etdiyi kurslarda iştirak etmiş YAP-çı gənclərlə görüşüb
# 21 yanvar 2008 09:30 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov partiyanın Gənclər Təşkilatının ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) təşkil etdiyi kurslarda iştirak etmiş üzvləri ilə görüşüb. APA-nın məlumatına görə, Ə. Əhmədov bildirib ki, bu kursların keçirilməsində məqsəd YAP-çı gənclərin fəallığının artırılması, onların potensialının nümayiş etdirilməsi olub. O, bəzi gənclərin potensialının YAP rəhbərliyini qane etmədiyini, bəzən mütəşəkkilliyin olmadığını vurğulayıb: “Kurslara ilk başlayanda da belə hallarla qarşılaşdıq, amma qısa müddətdən sonra bu problemlər həll olundu”.
Qeyd edək ki, gənclərin fəallığının artırılması ilə bağlı BRİ-nin təşkil etdiyi kursların ilk mərhələsində YAP-dan 115 gənc iştirak edib ki, onların da 60-ı ikinci mərhələyə keçib. Kurslarda yüksək nəticə göstərmiş 4 gənc Vaşinqitonda təcrübə keçmək şansı qazanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR