Bank Of Baku

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda 20 Yanvarla bağlı anım mərasimi keçirilib - FOTOSESSİYA

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda 20 Yanvarla bağlı anım mərasimi keçirilib - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 21 yanvar 2008 09:44 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın Los Anceles şəhərindəki baş konsulu Elin Süleymanov 20 Yanvar faciəsini Azərbaycanın müasir tarixində ən qanlı hadisələrdən biri kimi qiymətləndirib. Natiq günahsız insanlara atəş açmaq əmri verənlərin Azərbaycanda sovet hakimiyyətini qorumaq niyyətində olduqlarını, amma Qanlı Yanvarın əks effekt verdiyini bildirib.
Daha sonra 20 Yanvar hadisələrinin canlı şahidi olmuş “Azərbaycan İnternational” jurnalının redaktoru Betty Blair və fotoqraf Rza öz xatirələrini danışıblar. Türk mənşəli “Pasifica” təşkilatının təmsilçisi Çingiz İkram 20 Yanvar şəhidlərini Çanaqqala döyüşünün qurbanları ilə müqayisə edib. Azərbaycan-Amerika Şurasının prezidenti Cavid Hüseynov isə məlum faciənin səbəb və nəticələrindən söz açıb. Los Ancelesin Azərbaycan icmasının nümayəndəsi Fuad Cavadov 20 Yanvara həsr etdiyi həzin musiqi parçasını ifa edib. Tədbirin sonunda Lider televiziyasının istehsalı olan “Qara Yanvara gedən yol” filmi nümayiş olunub.
Qeyd edək ki, Los Ancelesdəki anım mərasimində Türkiyə baş konsulunun müavini Batu Kəsmən, Amerika-Türkiyə Assosiasiyasının Cənubi Kaliforniya üzrə rəhbəri Əhməd Ataxan və həmin təşkilatın üzvləri, “Pasifica” qeyri-hökümət təşkilatının prezidenti Atilla Kahveçi və təşkilatın üzvləri, Los Ancelesin Azərbaycan icmasının üzvləri iştirak ediblər. /APA/














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR