Bank Of Baku

Azərbaycan Ədalət Partiyasının sədri bəzi müavinlərini dəyişəcək

Azərbaycan Ədalət Partiyasının sədri bəzi müavinlərini dəyişəcək
# 21 yanvar 2008 09:55 (UTC +04:00)
Ədalət Partiyası sədrinin bəzi müavinləri yenidən öz vəzifələrinə təyin olunmayacaqlar. Bu barədə APA-ya partiya sədrinin müavini Mütəllim Rəhimli məlumat verib. Onun sözlərinə görə, ƏP-nin noyabrda keçirilən sonuncu qurultayından sonra partiya sədri İlyas İsmayılov hələ də sədr müavinlərini təyin etməyib. Yaxın günlərdə partiya sədrinin müvafiq sərəncam imzalayacağını bildirən M. Rəhimli bəzi keçmiş müavinlərin yenidən öz postlarına təyin edilməyəcəyinin səbəblərinə də aydınlıq gətirib: “Bu, həmin şəxslərin fəaliyyəti ilə bağlıdır. Yəni ötən müddət ərzində bu müavinlər kifayət qədər fəal olmayıblar”. M. Rəhimli onu da deyib ki, sədrin sərəncamı Nizamnaməyə uyğun olaraq Ali Məclisdə təsdiqlənməlidir. Ali Məclisin iclası isə fevral ayına nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR