Bank Of Baku

Fevralın 4-də Avropa İttifaqı “Üçlüyü”, Benita Ferrero-Valdner və Piter Semnebinin iştirakı ilə qurumun Azərbaycandakı nümayəndəliyinin açılışı olacaq

Fevralın 4-də Avropa İttifaqı “Üçlüyü”, Benita Ferrero-Valdner və Piter Semnebinin iştirakı ilə qurumun Azərbaycandakı nümayəndəliyinin  açılışı olacaq
# 21 yanvar 2008 10:22 (UTC +04:00)
Bakıya gələcək nümayəndə heyətinə Aİ-nin hazırkı sədri Sloveniya və gələcək sədr Fransa təmsilçiləri daxildir. Bununla yanaşı, nümayəndə heyəti ilə birlikdə Aİ-nin Avropa Qonşuluq Siyasəti və xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner də Bakıya gələcək.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi isə APA-ya açıqlamasında bildirib ki, o da nümayəndə heyəti ilə birgə Azərbaycana səfər edəcək: “Bakıya səfərim zamanı mən hökumət və QHT təmsilçiləri ilə ənənəvi görüşlər də keçirəcək, həmçinin seçkiöncəsi vəziyyət və digər məsələlərlə bağlı müzakirələr aparacağam”.
Aİ Katibliyindən APA-ya bildirilib ki, nümayəndə heyətinə iqtisadi və siyasi məsələlər üzrə təmsilçilər daxildir. Aİ-nin Sloveniyadan əvvəlki sədri Portuqaliya təmsilçisinin nümayəndəsinin nümayəndə heyətinə daxil olması gözlənilmir. Nümayəndə heyəti Bakıda Avropa Qonşuluq Siyasəti və Azərbaycanın Avropa məkanına inteqrasiyası ilə bağlı müzakirələr aparacaq.
Qeyd edək ki, Aİ-nin Azərbaycandakı səfiri olacaq şəxsin adı hələlik açıqlanmır. Avropa Komissiyasının Bakıdakı nümayəndəsi Alan Vaddamsın köməkçisi, xanım Nigar Arpadarai APA-ya açıqlamasında nümayəndəliyin rəhbəri postuna namizədlər sırasında A. Vaddamsın adının da olduğunu təsdiqləsə də, bu posta kimin təyinat alacağının hələlik dəqiq məlum olmadığını deyib. Köməkçi bu məsələyə nümayəndəliyin rəsmi açılışından sonra aydınlıq gələcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR