Bank Of Baku

Azərbaycan Milli Məclisinin üzvü Mülki Məcəlləyə edilən son dəyişiklə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək

Azərbaycan Milli Məclisinin üzvü Mülki Məcəlləyə edilən son dəyişiklə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək
# 21 yanvar 2008 10:33 (UTC +04:00)
Milli Məclisin deputatı İqbal Ağazadə Mülki Məcəlləyə edilən son dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək. İ. Ağazadə APA-ya bildirib ki, Mülki Məcəlləyə edilən son dəyişikliyə görə, mülkiyyətçi ərazini boşaltmaq barədə xəbərdarlıq alandan 200 gün gec olmayaraq həmin ərazini boşaltmalıdır. Torpaq sahəsinə qiyməti sahibi yox, müvafiq icra hakimiyyəti müəyyənləşdirməlidir. Deputat mülkiyyətə qarşı bu yanaşmanı ölkə Konstitusiyasına və beynəlxalq hüquq normalarına zidd hesab edir: “Artıq təşəbbüsümlə vəkillər Konstitusiya Məhkəməsinə bununla bağlı müraciət hazırlayır. Çünki bu dəyişiklik vətəndaşların mülkiyyət hüquqlarını pozmaqla yanaşı, həm də Konstitusiyaya ziddir. Konstitusiyanın 29-cu maddəsində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə isə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər. Qanunun bu şəkildə icrası vətəndaşın hüququnu məhdudlaşdırmaqla yanaşı, mülkiyyətinin qeyri-qanuni əlindən alınması ilə nəticələnəcək”. İ. Ağazadə qanunların Konstitusiyanın müvafiq müddəası ilə ziddiyyət təşkil etməməli olduğunu da sözlərinə əlavə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR